Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və Ekvador hərbçiləri Ekvadorda narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıblar.
Moderator.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı özünün "X" sosial şəbəkəsindəki səhifəsində xəbər verib.
"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşlarımızın narkoterrorizmlə mübarizəyə olan sadiqliyini nümayiş etdirir", - bəyanatda deyilir.