İranın Ekspertlər Məclisi tezliklə yeni Ali liderin adını açıqlayacaq
Dünya
206
03 Mar 2026 | 23:57

İranın Ekspertlər Məclisi tezliklə yeni Ali liderin adını açıqlayacaq

İran yaxın saatlarda və ya günlərdə İslam Respublikasının yeni Ali liderini seçmək üçün Ekspertlər Məclisinin səsverməsinin nəticələri rəsmi olaraq açıqlayacaq.

Moderator.az-ın məlumatına görə, bu barədə İran mətbuatı xəbər yayıb.

"Ali Lider Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında ölümündən sonra İran yeni lider seçmək prosesinə başlayıb. Biz bir daha dünyaya İslam sisteminin birliyini və davamlılığını nümayiş etdirməliyik", - açıqlamada deyilir.

Bu gün ABŞ və İsrail qüvvələri tərəfindən vurulan Ekspertlər Məclisinin Qumdakı binada keçirilməsi ilə bağlı şayiələr də təkzib olunur.

"Qumdakı Ekspertlər Məclisinin binasına hücumla bağlı məlumat doğru idi, lakin həmin yerdə heç bir iclas keçirilməyib. Təhlükəsizlik səbəbləri və üzvlərinin həyatını qorumaq üçün Ekspertlər Məclisi iclaslarını fərqli səsvermə metodundan istifadə edərək məsafəli rejimdə davam etdirib", - məlumatda deyilir.

Məlumatlı mənbələr həmçinin qeyd ediblər ki, səsvermə son mərhələdədir və ölkənin yeni liderinin adı tezliklə açıqlanacaq.

Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Link kopyalandı!
Son xəbərlər