Miri Reqev: İsrailin hava məkanı çərşənbə günü açılacaq
Dünya
328
03 Mar 2026 | 23:55

Miri Reqev: İsrailin hava məkanı çərşənbə günü açılacaq

İsrailin hava məkanı təhlükəsizlik tədbirlərinə riayət olunmaqla çərşənbə günü axşam saatlarında yenidən açılacaq.

Moderator.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miri Reqev bildirib.

Onun sözlərinə görə, o, İsrailin hava məkanının vaxtından əvvəl açılmasını təsdiqləyib: "Hava məkanı artıq çərşənbə günü axşam açılacaq, lakin tədricən və təhlükəsizlik təlimatlarına uyğun olaraq".

Daha əvvəl KİV məlumat vermişdi ki, İsrail növbəti həftənin əvvəlinədək öz hava məkanının tədricən açılması imkanını nəzərdən keçirir.

Link kopyalandı!
Son xəbərlər