03:05
7°C
Bakı
ABŞ və İsrailin zərbələrinə məruz qalan Natanz nüvə obyektində radioaktiv maddələrin sızması qeydə alınmayıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Qurum bildirib ki, radiasiya vəziyyəti sabitdir və obyektə yaxın ərazilərdə yaşayanlar üçün təhlükə yoxdur.
Açıqlamada qeyd olunub ki, radioaktiv təhlükəsizlik tam nəzarət altındadır. Təşkilat, həmçinin nüvə obyektinə endirilən zərbələrin beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb.