IDF: SEPAH-ın Livana cavabdeh komandiri Tehranda zərbə nəticəsində öldürülüb
Dünya
269
03 Mar 2026 | 23:35

IDF: SEPAH-ın Livana cavabdeh komandiri Tehranda zərbə nəticəsində öldürülüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan korpusunun müvəqqəti komandiri Davud Əlizadə Tehranda endirilən hava zərbəsi nəticəsində öldürülüb.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

Məlumata görə, Əlizadə 2024-cü ilin aprelində Dəməşqdə İsrailin zərbəsi nəticəsində öldürülən Məhəmməd Rza Zahidinin yerinə Livan korpusuna rəhbərlik edirdi və “Livana cavabdeh ən yüksək rütbəli iranlı komandir” hesab olunurdu.

İsrail ordusunun açıqlamasında bildirilir ki, Livan korpusu “Hizbullah”la İran rəhbərliyi arasında əlaqəni təmin edir, təşkilatın silahlanmasını dəstəkləyir və SEPAH rəhbərliyi ilə “Hizbullah”ın ali rəhbərliyi arasında əlaqələndirici rol oynayır.

Link kopyalandı!
Son xəbərlər