02:42
7°C
Bakı
Almaniya hökuməti Yaxın Şərqdə qalmış Almaniya vətəndaşlarının təxliyəsinə martın 4-dən başlamağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Welt” televiziyasına açıqlamasında bildirib. Nazir ilk reysin Omanın paytaxtı Maskata planlaşdırıldığını qeyd edib.
Vətəndaşların təxliyəsi zamanı əsasən uşaqlar, xəstələr və hamilə qadınlara üstünlük veriləcək.
Qeyd edək ki, Alman Səyahət Agentliyinin məlumatına görə, təkcə alman turizm şirkətlərinin təxminən 30 min müştərisi Yaxın Şərq ölkələrində qalıb.