Böyük Britaniya Kiprə hərbi gəmi göndərəcək
Dünya
174
03 Mar 2026 | 23:17

Böyük Britaniya Kiprə hərbi gəmi göndərəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin müdafiə tədbirlərini gücləndirəcəyini təsdiqləyib.

Moderator.az “Sky News”a istinadla xəbər verir ki, o, Kipr Prezidenti ilə telefon danışığından sonra açıqlama verərək bildirib ki, London regiona əlavə hərbi texnika göndərəcək.

Baş nazirin sözlərinə görə, Böyük Britaniya əraziyə pilotsuz uçuş aparatlarına qarşı helikopterlər və “HMS Dragon” hərbi gəmisini göndərəcək.

Qeyd edək ki, HMS Dragon Britaniya arsenalında ballistik raketləri vurmaq imkanına malik yeganə hərbi avadanlıq hesab olunur.

Link kopyalandı!
Son xəbərlər