Hakan Fidan: İran etiraz etsə də, sərhəd boyunca divar tikilib
Dünya
305
03 Mar 2026 | 23:15

Hakan Fidan: İran etiraz etsə də, sərhəd boyunca divar tikilib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə–İran sərhədində təhlükəsizlik tədbirlərinin əvvəlcədən görüldüyünü açıqlayıb.

Moderator.az xəbər verir ki, nazir bunu "TRT Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, xüsusilə Suriya ilə bağlı əldə olunan təcrübə nəzərə alınaraq İran sərhədi boyunca da divarlar çəkilib və əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib.

“Keçmişdə İran tərəfi bu addımlarla bağlı müəyyən etirazlar bildirmişdi. Lakin hazırkı vəziyyət göstərir ki, bu tədbirlər təkcə terror və qaçaqmalçılıqla mübarizə üçün deyil, eyni zamanda mümkün böhran şəraitində sərhəd təhlükəsizliyinin təmin olunması baxımından da zəruridir”, – deyə Fidan bildirib.

Nazir mümkün miqrasiya dalğası ehtimalına da toxunub. Onun sözlərinə görə, aidiyyəti qurumlarla birgə koordinasiya iclaslarında bütün mümkün ssenarilər dəyərləndirilir və lazımi hazırlıq görülür.

“Ən pis ssenari kimi mümkün miqrasiya dalğasını da nəzərə alırıq və bunun qarşılanması üçün tədbirlər üzərində işləyirik”, – deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər