Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, İranın yeni rəhbərliyi müharibəni dayandırmaq üçün imkan pəncərəsi yarada bilər.
Moderator.az-ın məlumatına görə, nazir bildirib ki, əgər İranın alçaldılmadığı və eyni zamanda digər tərəflərin narahatlıqlarının nəzərə alındığı təkliflər irəli sürülərsə, yeni rəhbərliklə ABŞ arasında həll yolu tapmaq mümkündür.
“Hazırda qərar mexanizmi müvəqqəti üçlü heyət tərəfindən idarə olunur. Yeni rəhbər seçilənədək müəyyən imkan pəncərəsi yarana bilər”, – deyə Fidan qeyd edib.
Onun sözlərinə görə, bu fürsət düzgün qiymətləndirilsə, balanslı bir həll modelinə nail olmaq olar:
“İranın alçaldılmadığı, eyni zamanda digər tərəflərin də narahatlıqlarının nəzərə alındığı bir model mümkündür. Əks halda müharibənin uzanması istənilən güzəştdən daha ağır və mənfi nəticələrə səbəb ola bilər”, – deyə Türkiyə XİN rəhbəri vurğulayıb.