BƏƏ-nin fond bazarları çərşənbə günü fəaliyyətini bərpa edəcək
Dünya
212
03 Mar 2026 | 22:46

BƏƏ-nin fond bazarları çərşənbə günü fəaliyyətini bərpa edəcək

İranın BƏƏ ərazisinə endirdiyi zərbələr səbəbindən yaranan iki günlük fasilədən sonra ölkənin fond bazarları çərşənbə günü fəaliyyətini bərpa edəcək.

Moderator.az "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Qiymətli Kağızlar və Əmtəə Bazarları İdarəsi (CMA) məlumat yayıb.

Qeyd olunub ki, Əbu-Dabi Fond Birjasında (ADX) və Dubay Maliyyə Bazarında (DFM) ticarət bərpa olunacaq.

"Birjaların fəaliyyətinin bərpası tənzimləyici qurumla birjalar arasında davam edən koordinasiya çərçivəsində, əvvəllər elan edilmiş vaxtlara uyğun olaraq həyata keçirilir", - CMA-nın bəyanatında bildirilib.

İdarədən qeyd edilib ki, vəziyyəti izləməyə davam edəcək və zərurət yaranarsa, investorların qorunması üçün tədbirlər görəcəklər.

Dubay Maliyyə Xidmətlər İdarəsi (DFSA) bildirib ki, "Nasdaq Dubai" də çərşənbə günü ticarət üçün açılacaq.

Link kopyalandı!
Son xəbərlər