23:52
9°C
Bakı
İranın qonşu ölkələrlə problemi yoxdur, İslam Respublikası ABŞ-nin bazaları olan əraziləri hədəf alır.
Moderator.az İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bizim qonşu ölkələrlə işimiz yoxdur, biz bu ölkələrdə məskunlaşan Amerika əsgərləri ilə qarşı-qarşıyayıq" , - o bildirib.
Əraqçi Küveytin hava məkanında vurulan 3 qırıcı təyyarəyə də toxunub:
"Küveytlilər deyirdilər ki, onların bazalarından İrana qarşı hücum məqsədilə istifadə edilməyəcək, bəs bu gün vurulan həmin 3 qırıcı Küveyt torpaqlarında nə edirdi?".