01:22
7°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranın ən vacib silah növlərinin, o cümlədən raket buraxılış qurğularının tükəndiyini bildirib.
Moderator.az xəbər verir ki, "Politico" nəşri bu barədə Ağ Ev rəhbərinin sözlərindən sitat gətirir.
"Onların atəş açmaq üçün yerləri tükənir, çünki onlar məhv edilirlər. Onların buraxılış qurğuları tükənir", - deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, o, ölkənin hakim rejiminin sağ qalmış bəzi üzvləri ilə əməkdaşlığa açıq ola bilər.
Trampın sözlərinə görə, ABŞ ordusunun silah və sursat ehtiyatları isə məhdudiyyətsizdir:
"Biz onlara qənaət edirik və sayını artırırıq. Müdafiə şirkətləri lazım olan hər şeyi istehsal etmək üçün sürətləndirilmiş templə işləyir".