Dubayda güclü partlayış səsi eşidilib
Dünya
110
22:16, Bu gün

Dubayda güclü partlayış səsi eşidilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində güclü partlayış səsi eşidilib.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, Dubay və Əbu-Dabiyə istiqamətlənən təyyarələr marşrutlarını dəyişərək geri dönüb.

Qeyd olunub ki, Əbu-Dabidə uçuşa hazırlaşan sərnişinlər təyyarələrdən endiriliblər. Şahidlər hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildiriblər.

İranın "Tasnim" agentliyi isə Küveyt və İraqdakı ABŞ hərbi bazalarında da partlayışların baş verdiyini yazıb. Bildirilib ki, güclü partlayış səsləri Küveytdəki ABŞ bazasından, İraqın Ərbil şəhərində yerləşən ABŞ bazasından, həmçinin Əbu-Dabidəki obyektlərdən eşidilib.

Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər