Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir
Dünya
215
21:20, Bu gün

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır.

Moderator.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Şimali Makedoniyada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran nüvə potensialına sahib olmağa yaxındır və ballistik raketlərə malikdir, bu isə İsrail də daxil olmaqla təkcə Yaxın Şərq regionu üçün deyil, həm də Avropa üçün təhlükə yaradır.

"Bu bizə Avropada böyük təhlükə yaradır", - o vurğulayıb.

Rüttenin sözlərinə görə, Avropa ölkələrinin liderləri ilə çoxsaylı telefon danışıqlarının yekunlarına əsasən o qənaətə gəlib ki, müttəfiqlər İranın nüvə və raket potensialının zəiflədilməsini alqışlayırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər