Lavrov Əraqçi ilə ABŞ və İsrailin İrana zərbələrini müzakirə edib
Dünya
132
21:17, Bu gün

Lavrov Əraqçi ilə ABŞ və İsrailin İrana zərbələrini müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Moderator.az xəbər veriri ki, tərəflər ABŞ və İsrailin İrana zərbələri nəticəsində regionda baş verən hadisələri müzakirə edib.

Bu cür hərəkətlərin beynəlxalq hüququn fundamental normalarını pozduğu və bütün Yaxın Şərq üçün ağır nəticələrə səbəb olduğu vurğulanıb.

Sergey Lavrov gərginliyin azaldılması, güc tətbiqinin rədd edilməsi və münaqişənin siyasi və diplomatik yolla həllinə keçid lehinə prinsipial mövqeyini və Rusiyanın buna tam dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər