22:33
8°C
Bakı
Qazaxıstanın Semey şəhərində yerləşən "BALA park" uşaq əyləncə mərkəzində yanğın baş verib.
Moderator.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Abay vilayəti Polis Departamentinin qaynar xəttinə saat 19:10-da (Bakı vaxtı ilə 18:10 - red.) hadisə barədə məlumat daxil olub.
Əraziyə dərhal polis və fövqəladə xidmət əməkdaşları cəlb edilib, ziyarətçilər və personal təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğınsöndürənlər hadisə yerinə çatanda binanın dam örtüyünün bir hissəsi uçub. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.
Sonradan yanğının lokallaşdırıldığı açıqlanıb. Yanğının qarşısının alınması üçün 120 nəfər və 21 texnika cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.