Mirzoyan və Kallas Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya
243
20:46, Bu gün

Mirzoyan və Kallas Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Facebook" səhifəsindəki paylaşımda bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyətə, o cümlədən humanitar məsələlərə toxunublar.

Mirzoyan Ermənistanın sülh gündəliyinin təşviqi ilə bağlı yanaşmalarını, eləcə də Ermənistanla Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsinə dair erməni əhalisi arasında formalaşan dəstəyi vurğulayıb.

Mirzoyan və Kallas qarşıdan gələn tədbirlərin və səfərlərin təşkilində, eləcə də Ermənistan və Aİ gündəliyinin təşviqində fəal iştiraklarını vurğulayıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər