Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır
Dünya
179
20:49, Bu gün

Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır

Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.

Moderator.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər