23:32
9°C
Bakı
Livanda martın 2-dən etibarən İsrail Müdafiə Ordusunun (SAXAL) hava zərbələri nəticəsində azı 40 nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Yaxın Şərq mətbuatı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən qeyd ediblər ki, hava zərbələri zamanı 250-yə yaxın insan da yaralanıb.
Həmçinin vurğulanıb ki, Səhiyyə Nazirliyinin bazar ertəsi yaydığı 52 nəfərin ölümü barədə məlumat yanlışdır.