Ərdoğan Şahbaz Şəriflə regiondakı son vəziyyəti müzakirə edib
Dünya
177
20:47, Bu gün

Ərdoğan Şahbaz Şəriflə regiondakı son vəziyyəti müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin "X"dəki hesabında məlumat yayılıb.

"Bu axşam əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün telefon danışığım oldu", - paylaşımda bildirilib.

Söhbət zamanı Şahbaz Şərif İsrailin İrana hava zərbələrini və İslam Respublikasının Fars körfəzi bölgəsindəki ölkələrə hücumlarını pisləyib:

"Prezident Ərdoğanı qardaş Körfəz ölkələrinin rəhbərliyi ilə əlaqə qurmaq cəhdlərim barədə məlumatlandırdım və Pakistanın onlarla tam həmrəyliyini, eləcə də gərginliyin azaldılmasına və dialoqa kömək etməkdə konstruktiv rol oynamağa hazır olduğumuzu təsdiqləyirəm. Biz razılaşdıq ki, bütün tərəflərin maksimum təmkinli olması gərginliyin daha da artmasının qarşısını almaq üçün son dərəcə vacibdir".

Pakistan və Türkiyə liderləri Əfqanıstandakı son hadisələr barədə də fikir mübadiləsi aparıb, regionda sülhə doğru ortaq səylər çərçivəsində sıx əlaqədə qalmağa razılaşıblar.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər