22:09
8°C
Bakı
Qətər ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyib və onun ordusu özünümüdafiə hüququ çərçivəsində İranın hücumlarını dəf edir.
Moderator.az xəbər verir ki, bunu Qətər Əmirliyinin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Diplomat X-də yazıb ki, Qətər dövləti İranla müharibədə iştirak etməyib, sadəcə özünümüdafiə hüququndan istifadə edir və İranın öz ərazisinə qarşı təcavüzünün qarşısını alır. Əl-Ənsari həmçinin medianı Qətərlə bağlı hadisələri işıqlandırarkən etibarlı mənbələrə etibar etməyə çağırıb.