22:54
9°C
Bakı
Çin İran ətrafındakı münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır.
Moderator.az İsrail KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ israilli həmkarı Gideon Saara telefon danışığında bildirib.
"Güc, problemləri həll etməyə həqiqətən qadir deyil; əksinə, o, tez-tez yenilərini yaradır və ciddi nəticələrə yol açır. Hərbi gücün əsl dəyəri döyüş meydanında deyil, müharibənin qarşısını almaqdadır", - Van İ deyib.
Çinin xarici işlər naziri qeyd edib ki, Pekin beynəlxalq və regional məsələlərin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdır və regionda vəziyyətin sabitləşməsində konstruktiv rol oynamağa davam etmək niyyətindədir.