Yaxın Şərqdə turizm sektoru 56 milyard dollara qədər itki ilə üzləşə bilər
Dünya
257
19:50, Bu gün

Yaxın Şərqdə turizm sektoru 56 milyard dollara qədər itki ilə üzləşə bilər

Yaxın Şərq ölkələrinin turizm sektoru ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı səbəbindən təxminən 56 milyard dollar məbləğində zərər görə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" "Tourism Economics" analitik təşkilatının proqnozuna istinadən məlumat yayıb.

Təşkilatın hesablamalarına görə, əgər münaqişə tənzimlənməzsə, 2026-cı ildə regiona xarici turist axını 11-27% azala bilər.

Bu, şirkətin cari ildə turist sayının 13% artımının gözlənildiyi dekabr proqnozu ilə əhəmiyyətli dərəcədə fərqlənir.

Ən neqativ ssenarinin reallaşacağı təqdirdə, region əvvəlki gözləntilərlə müqayisədə 23 milyondan 38 milyona qədər xarici turist itirmək riski ilə üzləşir. Maliyyə nəticələri də əhəmiyyətli olacaq: turist xərclərinin azalmasından yaranan itkilər 34 milyard dollardan 56 milyard dollara qədər təşkil edə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər