İraq Türkiyəyə əsas boru kəməri ilə neft ixracını dayandırdı
Dünya
250
19:20, Bu gün

İraq Türkiyəyə əsas boru kəməri ilə neft ixracını dayandırdı

İraq Yaxın Şərqdə gərginliyin artması fonunda Türkiyəyə əsas boru kəməri vasitəsilə neft ixracını dayandırıb.

Moderator.az xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.

Məlumata görə, İraq Kürdüstan Regionundan Ceyhan limanına tədarük dayandırılıb. Nəticədə gündəlik 200 min barelə yaxın neft bazardan çıxarılıb.

Hazırda hasilat gündə 50 min barelədək azaldılıb və yalnız daxili tələbatın ödənilməsinə yönəldilib.

Bundan başqa, İraqın cənubunda yerləşən və ən böyük neft yatağı olan Rumeyla yatağında neft hasilatının dayandırılması barədə məlumat verilib. Belə ki, yataqdakı bütün quyularda neftin çıxarılması dayandırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər