Dünya
244
18:57, Bu gün

"Rosatom" rəhbəri İrandakı "Buşehr" AES-də işlərin dayandırıldığını təsdiqləyib

Hazırda İrandakı "Buşehr" AES-də tikinti işləri hərbi əməliyyatlar fonunda tamamilə dayandırılıb.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.

"İrandakı obyektdə iş dayandırılıb. Biz işçilərimizin qəsəbələri tərk etməməsinə və açıq tikinti meydançalarında olmalarını minimuma endirmələrinə çox ciddi nəzarət edirik. İrana qarşı hərbi əməliyyatların aparılması səbəbindən hadisələrin sonrakı gedişatını proqnozlaşdırmaq hələ çətindir", - Lixaçov deyib.

Dövlət korporasiyası rəhbərinin sözlərinə görə, İranın "Buşehr" AES-i "Rosatom" üçün prioritet obyektdir.

"İnsanlarımız orada ("Buşehr" AES-də - red.) hər bir halda qalacaqlar. Bu obyekt prioritetlərimiz sırasında olacaq", - Lixaçov vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək ona qarşı hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin bir sıra Yaxın Şərq dövlətlərində yerləşən hərbi bazalarına hücum edib.

KİV-in məlumatına görə, "Rosatom"un tikintisini apardığı stansiyanın yerləşdiyi İranın Buşehr şəhəri də ABŞ və İsrailin hücumuna məruz qalıb.

Lixaçov o zaman bildirmişdi ki, dövlət korporasiyası "Buşehr" AES əməkdaşlarının uşaqlarını, eləcə də 94 əməkdaşı əvvəlcədən İrandan təxliyə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər