İran Silahlı Qüvvələri: Oman ərazisinə zərbə endirilməyib
Dünya
137
18:20, Bu gün

İran Silahlı Qüvvələri: Oman ərazisinə zərbə endirilməyib

İranın Silahlı Qüvvələri Oman ərazisinə və limanlarına zərbələr endirməyib.

Moderator.az xəbər verir ki, bu barədə məlumat İranın dövlət teleradio şirkətinin (IRIB) "Telegram" kanalında ölkənin Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının Rabitə Mərkəzinə istinadən yayılıb.

"Oman hakimiyyəti Salalah limanına dron hücumu barədə məlumat verib. Məlumata görə, Omanın cənub-qərbindəki Dofar əyalətində iki dron ələ keçirilib. SQ-nin Baş Qərargahının Rabitə Mərkəzi İranın silahlı qüvvələri tərəfindən dost və qonşu ölkə olan Omanın ərazisinə və limanlarına qarşı hər hansı hərbi təcavüzü təkzib edir", - məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər