20:12
8°C
Bakı
İrandan Birləşmiş Ərəb Əmirliklərinə indiyədək 186 ballistik raket atılıb.
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu raketlərin 172-si zərərsizləşdirilib, 13-ü dənizə, bir raket isə BƏƏ ərazisinə düşüb.
Qeyd edilib ki, atılan 541 drondan 506-sı məhv edilib.
O da bildirilib ki, 3 xarici vətəndaş ölüb, 58 nəfər xəsarət alıb.