BVF-dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq
Dünya
252
16:40, Bu gün

BVF-dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq

Hərbi qarşıdurmalar fonunda enerjidaşıyıcılarının qiymətində artım müşahidə olunur və maliyyə bazarlarında qeyri-sabitlik hökm sürür.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi internet resursunda yayılan açıqlamada deyilir.

Mövcud vəziyyətin son dərəcə dəyişkən olduğu bildirilməklə vurğulanır ki, bu hal, onsuz da, mürəkkəb olan beynəlxalq iqtisadi mühiti daha da gərginləşdirir.

Fondun bəyanatında deyilir ki, regiona və qlobal iqtisadi sistemə dəyəcək ziyanı indidən dəqiq hesablamaq hələ tezdir. Bu təsir münaqişənin əhatə dairəsindən və nə qədər davam edəcəyindən asılı olacaq.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu aprel ayında təqdim edəcəyi icmalda Yaxın Şərq böhranının təsirləri barədə daha geniş təhlil verməyi nəzərdə tutur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-sabitlik davamlı xarakter alarsa, bu, neft və qaz qiymətlərinə, eləcə də dünya bazarlarına ciddi təsir göstərə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər