Peyk görüntüləri İrandakı nüvə kompleksindəki dağıntıları üzə çıxardı
Dünya
244
16:37, Bu gün

Peyk görüntüləri İrandakı nüvə kompleksindəki dağıntıları üzə çıxardı

Peykdən əldə edilən fotoşəkillər İranın Natanz ərazisində yerləşən nüvə kompleksinə vurulan ziyanı sübuta yetirib.

Moderator.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mətbuat xidməti sosial şəbəkə platformasında açıqlama yayımlayıb.

Məlumata görə, kompleksin giriş hissəsindəki tikililər dağıntıya məruz qalıb. Qurum vurğulayıb ki, bu zədələnmə hər hansı radioloji fəsadlara səbəb olmayıb.

Bəyanatda qeyd olunur:

"Ən yeni peyk təsvirlərinə istinadən BAEA təsdiq edir ki, baş verən son hadisələr Natanzda yerləşən yeraltı yanacaq zənginləşdirmə müəssisəsinin girişindəki tikililərə ziyan vurub".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər