ABŞ-nin Qətərdəki səfirliyindən amerikalılara təcili çağırış:
Dünya
202
16:15, Bu gün

ABŞ-nin Qətərdəki səfirliyindən amerikalılara təcili çağırış: "Sığınacaq tapın"

Birləşmiş Ştatların Qətərdə yerləşən diplomatik nümayəndəliyi ölkə ərazisindəki bütün ABŞ vətəndaşlarına müraciət edərək, onları təhlükəsiz yerlərə sığınmağa və yeni göstəriş verilənədək orada gözləməyə çağırıb.

Moderator.az xəbər verir ki, sözügedən xəbərdarlıq səfirliyin rəsmi internet resursunda yayımlanan bəyanatda öz əksini tapıb.

Açıqlamada deyilir:

"Qətərdə fəaliyyət göstərən ABŞ səfirliyi bütün personalı üçün sığınacaq rejimi ilə əlaqədar təlimatları icra etməkdə davam edir. Eyni zamanda, Qətərdə yaşayan bütün amerikalıları da növbəti bildirişə qədər analoji addımları atmağa səsləyirik".

Qeyd edək ki, səfirlik bu həftə ərzində konsulluq xidmətlərinin göstərilməyəcəyini elan edib. Bundan əlavə, Qətəri tərk etmək istəyən ABŞ vətəndaşlarına təxliyə prosesində kömək göstərməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər