İran Qətərdə su anbarlarını vurub
Dünya
216
16:00, Bu gün

İran Qətərdə su anbarlarını vurub

"İranın hücumları Qətərin kritik sənaye infrastrukturuna, o cümlədən Mesaiddəki su anbarlarına və Ras-Laffandakı "Qatar Energy" sənaye kompleksinə yönəldilmişdi".

Moderator.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə bildirib.

"Ras-Laffan və Mesaiddə sənaye obyektləri və infrastruktura təsir edən zərbələr qeydə alınıb", - o, əlavə edib.

Diplomat qeyd edib ki, Ras-Laffanda hədəf istismar və xidmət obyektlərini əhatə edən inteqrasiya olunmuş sənaye kompleksi, Mesaiddə isə həyati əhəmiyyətli obyekt və su anbarları olub.

Bazar ertəsi "Qatar Energy" Ras-Laffan və Mesaid şəhərlərindəki sənaye obyektlərinə edilən hücumla əlaqədar sıxılmış təbii qaz (STQ) və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, bu obyektlər İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər