İran Prezident Administrasiyası və Ali Təhlükəsizlik Şurasının binaları vuruldu
Dünya
148
13:59, Bu gün

İran Prezident Administrasiyası və Ali Təhlükəsizlik Şurasının binaları vuruldu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Tehranın mərkəzində yerləşən İranın rəhbərlik kompleksini hədəf alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib.
 
Qeyd edilib ki, bu kompleks bir neçə küçə boyunca uzanır və nüvə proqramı ilə bağlı iclaslar, İsrailə qarşı müharibənin idarə olunması və təhlükəsizlik qərarlarının qəbul edildiyi məkan olub.
 
Bəyanata görə, hücum zamanı onlarla mərmi Prezident Administrasiyası və Ali Təhlükəsizlik Şurasının binaları, Ali Təhlükəsizlik Şurası üzvlərinin toplanma yeri, Hərbi Akademiya və digər dövlət infrastrukturlarına düşüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər