Kanada Səudiyyə Ərəbistanındakı səfirliyini bağladı
Dünya
257
12:44, Bu gün

Kanada Səudiyyə Ərəbistanındakı səfirliyini bağladı

Kanadanın Səudiyyə Ərəbistanındakı səfirliyi təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ər-Riyaddakı diplomatik nümayəndəlik sosial şəbəkə hesabında məlumat yayıb.
 
"Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar səfirlik fəaliyyətini müvəqqəti dayandırıb. Diplomatlarla görüş üçün nəzərdə tutulan bütün qəbullar martın 6-sı da daxil olmaqla ləğv edilib", - deyə açıqlamada bildirilib.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər