Tramp:
Dünya
338
12:38, Bu gün

Tramp: "ABŞ-nin silah ehtiyatı sonsuzdur və əbədi müharibə apara bilər"

"Birləşmiş Ştatlar praktik olaraq bitməyən silah ehtiyatlarına sahibdir ki, bu da dövlətə uzun müddət ərzində hərbi kampaniyaları davam etdirmək şansı yaradır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında paylaşıb.
 
Onun qənaətinə görə, Amerikanın silah-sursat ehtiyatı faktiki olaraq hüdudsuzdur. ABŞ lideri qeyd edib ki, hazırkı göstəricilər əvvəlki dövrlərlə müqayisədə kəmiyyət və keyfiyyət baxımından xeyli yüksəkdir. Trampın sözlərinə görə, mövcud arsenal digər dövlətlərin ən qabaqcıl silahlarını üstələyir və uzunmüddətli hərbi missiyaların icrasına şərait yaradır.
 
Siyasətçi, eyni zamanda, Ukraynaya qarşılıqsız hərbi yardım göstərdiyinə görə sabiq dövlət başçısı Co Baydeni tənqid atəşinə tutub və hazırda Birləşmiş Ştatlar ordusunun tam şəkildə təchiz edildiyini diqqətə çatdırıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər