İranın yeni ali dini lideri nə vaxt seçiləcək?
Dünya
169
12:03, Bu gün

İranın yeni ali dini lideri nə vaxt seçiləcək?

"ABŞ və İsrail ordularının hücumları zamanı öldürülən İranın ali lideri Əli Xameneinin varisinin seçilməsi prosesi uzun çəkməyəcək".
 
Moderator.az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ekspertlər Şurasının üzvü Əli Moalemi bildirib.
 
"Yeni liderin seçilməsi çox çəkməyəcək. Ekspertlər Şurasının (yeni ali liderin seçilməsinə məsul olan qurum - red.) üzvləri lider seçərkən şəxsi üstünlükləri nəzərə almayacaqlarına, seçimdə dini normalara əsaslanacaqlarına söz veriblər", - deyə şura üzvü bildirib.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər