Vens ABŞ-nin yeni uzunmüddətli münaqişəyə qoşulmaq niyyətində olmadığını deyib
Dünya
132
09:05, Bu gün

Vens ABŞ-nin yeni uzunmüddətli münaqişəyə qoşulmaq niyyətində olmadığını deyib

Birləşmiş Ştatlar illərlə uzanacaq münaqişəyə cəlb olunmaq niyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın yeganə məqsədi İranın heç vaxt nüvə silahına sahib ola bilməməsinə nail olmaqdır.
 
"Prezident sadəcə özünün ikinci müddətinin ilk üç-dörd ili ərzində ölkəni İranın nüvə silahından qorumaq deyil, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə əmin olmaq istəyir", - Vens qeyd edib.
 
O əlavə edib ki, söhbət uzunmüddətli hərbi əməliyyatdan getmir.
 
"Donald Tramp heç bir halda ölkənin çoxillik münaqişəyə girməsinə icazə verməyəcək... Biz İraq və Əfqanıstanda yaşadığımız problemlərə sürüklənmək niyyətində deyilik", - ABŞ-nin vitse-prezidenti vurğulayıb.
 
Vensin sözlərinə görə, İranın nüvə obyektləri təkcə uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün deyil, həm də nüvə silahının hazırlanması üçün tikilib.
 
Link kopyalandı!
Son xəbərlər