Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin İslamabaddakı səfirliyi məlumat yayıb.
Səfirliyin internet saytında yerləşdirilən açıqlamaya görə, ABŞ-nin Karaçi və Lahordakı Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib.
Məlumata görə, ABŞ-nin İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.