İordaniya Kralı II Abdullah ABŞ Prezidenti Donald Trampla telefon danışığında regionda dayanıqlı deeskalasiyaya nail olunmasının vacibliyini vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə Kral dəftərxanasının bəyanatında qeyd olunub.
"Əlahəzrət Kral II Abdullah ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və regionda sabitliyin bərpasına, sülhün bərqərar olmasına töhfə verəcək hərtərəfli və dayanıqlı deeskalasiyaya nail olmaq üçün çalışmağın zəruriliyini vurğulayıb", - bəyanatda bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.