Küveytin hərbi qulluqçusu həlak olub
Dünya
241
02 Mar 2026 | 23:55

Küveytin hərbi qulluqçusu həlak olub

Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə əmirliyin Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi Dəniz Qüvvələrinin çavuşu Küveyt Silahlı Qüvvələrinin üzərinə qoyulmuş tapşırıqlar çərçivəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olub", - deyə məlumatda bildirilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər