Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 52-yə çatıb
Dünya
242
02 Mar 2026 | 23:50

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 52-yə çatıb

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 52-yə, yaralananların sayı isə 154-ə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə İsrail 221 hücum həyata keçirib və nəticədə 28,586 nəfər doğma yurd-yuvasından didərgin düşüb.

Hazırda 186 mərkəzin müvəqqəti sığınacaq kimi xidmət etdiyi bildirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər