İrandan Türkiyəyə qaçan ispan futbolçular danışdılar:
Dünya
145
22:15, Bu gün

İrandan Türkiyəyə qaçan ispan futbolçular danışdılar: "12 saat maşın sürdük"

Yaxın Şərqdə artan gərginlik fonunda İran komandasında çıxış edən ispan futbolçular ölkəni tərk edərək Türkiyəyə getdiklərini açıqlayıblar.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, mərakeşəsilli ispan futbolçu Munir El Haddadi yaşadığı qorxu və narahatlıq barədə "Cadena SER"ə müsahibəsində danışıb.

"Raketləri gördük, həqiqətən çox təsirli idi. Həyatımda ilk dəfə belə vəziyyətlə üzləşdim. İndi artıq narahat deyiləm, yaxşıyam və təhlükəsizlikdəyəm", - o, İspaniyaya çatdıqdan sonra bildirib.

Munir bir neçə gün internetə çıxışının olmadığını deyib və yenidən İrana qayıdıb-qayıtmayacağı barədə dəqiq qərarın olmadığını vurğulayıb.

"Göydə bəzi raketlərin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini görürdük. Uçuş baş tutmayınca avtomobillə yola çıxdıq. Türkiyə sərhədinə çatmağımız təxminən 12 saat çəkdi", - "Sepahan" klubunun futbolçusu İvan Sançez də raket hücumlarından təsirləndiyini bildirib.

Onlar səhər saat 05:00-dan 12:30-dək hava limanında gözlədikdən sonra İstanbul reysinə minərək daha sonra İspaniyaya yola düşüblər.

Link kopyalandı!
Son xəbərlər