KİV: BƏƏ və Qətər ABŞ-ni İrana qarşı əməliyyatı məhdudlaşdırmağa inandırmaq istəyir
Dünya
252
02 Mar 2026 | 21:55

KİV: BƏƏ və Qətər ABŞ-ni İrana qarşı əməliyyatı məhdudlaşdırmağa inandırmaq istəyir

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatın müddətini qısaltmağa inandırmaq üçün müttəfiqləri ilə şəxsi qaydada təmaslar qurur.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, BƏƏ və Qətər münaqişənin sürətli diplomatik yolla nizamlanmasına nail olmaq üçün koalisiya formalaşdırmaq istəyir. Daha əvvəl ABŞ lideri İslam Respublikasına qarşı Amerika-İsrail əməliyyatının dörd-beş həftə davam edə biləcəyini bildirmişdi.

Bununla yanaşı, Əbu-Dabi və Maskat təcili qaydada öz hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirmək üzərində işləyir. Xüsusilə BƏƏ müttəfiqlərindən ortamənzilli HHM sistemləri ilə bağlı kömək istəyib, Qətərin isə pilotsuz uçuş aparatlarından (PUA) qorunmağa ehtiyacı var.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər