Ərdoğan: İrana hücum beynəlxalq hüququn pozulmasıdır
Dünya
187
21:47, Bu gün

Ərdoğan: İrana hücum beynəlxalq hüququn pozulmasıdır

Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib.

"İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır.

"Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.

Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb.

Link kopyalandı!
Son xəbərlər