Tramp İrana qarşı əməliyyatın uzadılmasını istisna etməyib
Dünya
238
02 Mar 2026 | 21:37

Tramp İrana qarşı əməliyyatın uzadılmasını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın ilkin olaraq dörd-beş həftə davam edəcəyinin planlaşdırıldığını, lakin zərurət yaranarsa, müddətin uzadıla biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə Ağ Evdə dövlət mükafatlarının təqdimat mərasimində çıxışı zamanı danışıb.

“Biz artıq proqnozlarımızı xeyli üstələmişik. Əvvəldən dörd-beş həftəlik müddət nəzərdə tutmuşduq. Lakin lazım gələrsə, bundan xeyli uzun müddət davam etdirmək potensialımız var”, – deyə Tramp qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər