21:37
5°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərq ölkələrindəki müxtəlif obyektlərə endirdiyi zərbələri böyük "sürpriz" adlandırıb.
Moderator.az xəbər verir ki, ABŞ lideri bunu CNN-ə açıqlamasında bildirib.
Tramp İranın cavab zərbələrinə təəccübləndiyini deyib:
"Biz onlara dedik ki, öhdəsindən gələcəyik, indi isə onlar müharibə etmək istəyirlər və aqressiv müharibə aparırlar. Onlar çox müdaxilə etməmək niyyətində idilər, indi isə iştiraklarında israr edirlər".
O, İranın hava zərbələrindən ziyan görən ərəb dövlətlərinin - Bəhreyn, İordaniya, Küveyt, Qətər və BƏƏ-nin liderlərini güclü və ağıllı insanlar adlandırıb.
ABŞ Prezidenti həmçinin hesab edir ki, Yaxın Şərqin ən ciddi problemi İrandan gələn nüvə təhlükəsidir.