22:50
5°C
Bakı
Küveyt Səhiyyə Nazirliyi İranın hücumları nəticəsində 19 nəfərin yaralandığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Abdulla əl-Sənd "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, əmirliyin bütün tibb müəssisələri tam hazırlıq rejimində işləməyə davam edir.
Daha əvvəl Küveytin beynəlxalq hava limanına pilotsuz uçuş aparatının hücumu nəticəsində 12 nəfərin xəsarət aldığı bildirilib.