Pentaqon:
Dünya
237
19:10, Bu gün

Pentaqon: "İrana zərbələr terrorizmin maliyyələşdirilməsinə cavabdır"

"İrana qarşı başladılan və "Epik Qəzəb" (Epic Fury) adlandırılan əməliyyatın əsas hədəfi ölkənin təhlükəsizlik sistemləri və infrastrukturu olub".

Moderator.az xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Pit Heqset "ABC News" telekanalına verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, bu hərbi kampaniyanın başlıca vəzifəsi İranın hücum raketlərini, raket istehsalı müəssisələrini, hərbi donanmasını və digər strateji təhlükəsizlik obyektlərini sıradan çıxarmaqdır. Heqset həmçinin qeyd edib ki, əməliyyat rəsmi Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq məqsədi daşıyır və eyni zamanda terrorizmin maliyyələşdirilməsinə verilən sərt cavabdır.

Xatırladaq ki, fevralın 28-də Birləşmiş Ştatlar və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara start veriblər. ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində bu hücumları Tehranın nüvə iddialarından əl çəkməməsi və artıq səbrin tükənməsi ilə əsaslandırıb.

Link kopyalandı!
Son xəbərlər