21:02
5°C
Bakı
İspaniya hökuməti İrana qarşı əməliyyat çərçivəsində Rota (Kadis) və Moron-de-la-Frontera (Sevilya) hərbi bazalarından istifadəyə icazə verməyib.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyan edib ki, hökumət "ikitərəfli razılaşmaya və BMT Nizamnaməsinin müddəalarına uyğun gəlməyən hərəkətlər üçün bazaların istifadəsinə icazə verməyib və verməyəcək".
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı indiki hərbi əməliyyatları bu çərçivəyə uyğun gəlmir.