20:16
5°C
Bakı
Rusiyanın RT telekanalının İran redaksiyasının yaxınlığına raket düşüb.
Moderator.az-ın xəbərinə görə, bu barədə RT-nin "Telegram" kanalında məlumat verilib.
"Hamı sağdır və hazırda təxliyə davam edir", - deyə RT-nin müxbiri Raniya Kasimi bildirib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə isə açıqlama verilməyib.
RT-nin İran bürosunun rəhbəri Hami Hamedi qeyd edib ki, kanalın ölkədəki ofisi İsrail və ABŞ-nin zərbələri nəticəsində qismən zərər görüb:
"Ofisimizə çox yaxın olan bina tamamilə dağılıb və ərazidə qaz qoxusu hiss olunur. Ola bilsin ki, partlayış baş versin".