20:17
5°C
Bakı
İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.
ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.
Bildirilir ki, təşkilat hazırda 28 fevralda ABŞ-İsrailin İrana hava hücumlarına başlamasından bəri ölkədə üç digər tibb müəssisəsinin hədəf alındığına dair məlumatları yoxlamağa çalışır.